Koronaviruslu xəstəyə ilk plazma nəqli Malatya İnönü Universiteti Turqut Özal Tibb Mərkəzində baş tutub.
Medicina.az xəbər verir ki, 56 yaşlı Abidin Aybar koronavirusa qalib gələrək, reanimasiya şöbəsindən çıxarılaraq palataya yerləşdirilib.
Ağır vəziyyətdə olan A.Aybara plazma köçürülməsi aprelin 5-də həyata keçirilib. Yeddi gün sonra onun koronavirus testinin nəticəsi neqativ çıxıb, 10 gün sonra isə xəstəni süni tənəffüs aparatından ayırıblar.