Türkiyədə koronavirusa qarşı kök (sütun) hüceyrə müalicəsi müsbət nəticə verib.
Medicina.az xəbər verrir ki, bu barədə koronavirusa qarşı mübarizə aparan qrupun başçısı professor Ercüment Ovalının bildirib.
Virusu kənarlaşdırmağı bacaran, müalicə üçün üsullar hazırlayan və peyvənd hazırlıqları aparan E.Ovalı kök hüceyrə müalicəsi ilə bağlı nailiyyət əldə edildiyini bildirib. Onun sözlərinə görə, bəzi hüdudları olsa da, bu müalicə üsulu xəstəliyin sonrakı mərhələləri üçün ümidvericidir.
Müalicə metodunun tətbiq edildiyi yeddi xəstənin altısında bakterial infeksiya şübhəsinin azaldığı qeyd edilir. Dörd xəstə artıq süni tənəffüs aparatından ayırılıb.