Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə koronavirus 1 gündə 75 nəfəri öldürdü

  • 2021.06.12 21:12
  • 1217 Baxış
Türkiyədə koronavirus 1 gündə 75 nəfəri öldürdü
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 75 nəfər həyatını itirib.

Medicina.az -ın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 218 758 nəfər test edilib, onların 6076-nın koronavirus testi pozitiv nəticə verib, 5112 nəfər sağalıb.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 48 668 nəfər ölüb.

Türkiyədə indiyədək 5 325 435 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 198 057 nəfəri müalicə olunaraq evə buraxılıb.