Türkiyədə Konya Şəhər Xəstəxanasında çalışan həkim kardioloq Ekrem Karakaya vəzifə başında xəstə yaxını tərəfindən qətlə yetirilib.
Medicina.az xəbər verir ki, Konya Şəhər Xəstəxanasında pasiyentin qohumu tərəfindən silahlı hücuma məruz qalan və daha sonra həyatını itirən Əkrəm Karakaya ölümü ilə bütün Türkiyənin kədərləndirib. Qatilin qətldən sonra intihar etdiyi qeydə alınıb.
Türkiyə mətbuatının verdiyi məlumata görə, Konya Şəhər Xəstəxanasında çalışan kardioloq Əkrəm Karakaya poliklinikada 39 yaşlı Hacı Mehmet Akçay tərəfindən güllələnərək öldürülüb. Xəstəxana əməkdaşları tərəfindən həm həkim Karakaya, həm də cinayətdə şübhəli bilinən Akçaya ilkin tibbi yardım göstərilib. Bütün müdaxilələrə baxmayaraq, eyni silahla başına atəş açan silahlını xilas etmək mümkün olmayıb və ölüb. Akçayın bir ay əvvəl itirdiyi anasının ölümündə həkim Karakayanı günahlandırdığı iddia edilib.
Qeyd edək ki, hadisə iyulun 6-da saat 14.20 radələrində mərkəz Karatay rayonunda yerləşən Konya Şəhər Xəstəxanasında baş verib.