Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə həkimlər intihar edir

  • 2023.09.29 17:55
  • 3299 Baxış
Türkiyədə həkimlər intihar edir
Türkiyədə eyni gündə müxtəlif əyalətlərdən olmaqla 3 həkim intihar edib.

"Medicina" xəbər verir ki, Türkiyədə həkim və tibb işçiləri arasında psixoloji böhran artır, onların əməyi düzgün qiymətləndirilmir, iş şəraitləri ağırdır.


Türk Təbiblər Birliyi bununla bağlı Twitter paylaşımında iqtisadi böhran, etibarsızlıq, gərgin və təhlükəli iş şəraiti, səhiyyə sahəsində inzibati təzyiq və zorakılığa diqqət çəkib.

Səhiyyə nazirliyinə həkim intiharlarının qarşısını almaq üçün təcili tədbirlər görülməsi üçün çağırışlar edilib.

Aygün Musayeva