Bu gündən başlayaraq Türkiyədə koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə tədbirləri çərçivəsində “Evdə qal!” rejimi tətbiq olunur.
Medicina.az xəbər verir ki, qardaş ölkədə növbəti “Evdə qal!” rejimi tam qapanma şəraitində 17 gün fasiləsiz davam edəcək.
Qeyd edək ki, məhdudiyyətlər mayın 17-dək davam edəcək. Bu müddət ərzində yalnız fövqəladə əhəmiyyətli və gündəlik zəruri xidmətlər fəaliyyət göstərəcək.