Hazırda xəstələr qrupunda donuz qripi və onun alt tiplərində əhəmiyyətli artım müşahidə olunur, COVİD-19-dan daha çoxdur.
"Medicina" xəbər verir ki, Pprof. Dr. Alper Şener donuz qripinə yoluxmaların artdığını bildirib.
"Əsasən laboratoriya müayinələrində boğazdan alınan nümunə ilə onları müəyyənləşdirmək mümkündür. Qrip infeksiyalarında istifadə etdiyimiz antiviral agent və COVİD-19-da istifadə etdiyimiz antiviral agent bir-birindən fərqlidir, odur ki, onları ayırmaq vacibdir. Antiviral müalicə ilə virusun aşağı tənəffüs yollarına düşməsinin qarşısını alırıq. Qrip deyib keçməyin, o, COVİD-19 kimi yoluxucu və ölümcül ola bilər.
Ümumiyyətlə hər il qış aylarında qripin ştammlarının və alt növlərinin artdığını görürük. Hazırda xəstələr qrupunda donuz qripi və onun alt tiplərində əhəmiyyətli artım müşahidə olunur, COVİD-19-dan daha çoxdur. Qripə yüngül yanaşmaq olmaz. Xüsusilə 65 yaşdan yuxarı xəstə qrupunun xəstəxanaya yerləşdirilməsinə ehtiyac ola bilər. Bəziləri hətta süni nəfəs aparatına qoşulmalı ola bilər. Ölümcül olma təhlükəsi var, lakin COVİD-19 qədər riskli deyil. Hər halda donuz qripinin bu yaş qrupunda xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamaq lazımdır. Donuz qripində simptomlar COVİD-19-da olduğu kimi geniş yayılmış əzələ ağrısı və oynaq ağrısı ilə başlayır. Tənəffüs simptomları ola bilər. Quru öskürək, burun axması, zəiflik meydana gəlir. Donuz qripi ishala, dadbilmə və iybilmə duyumunun itməsinə səbəb olmsa da, unutmaq olmaz ki, uzun müddət quş və donuz qripi ilə qarşılaşmadığımız üçün orqanizm onu unudub. Odur ki, yenidən iltihablı reaksiya baş verir", - həkim bildirib.
COVİD-19 infeksiyalarında dadbilmə və iybilmə qabiliyyətinin, eyni zamanda ishal əlamətlərinin olduğunu bildirən professor sözlərinə belə davam edib: “Bunlar varsa, COVİD-19 ola biləcəyini düşünürük. Bundan başqa, qrip və COVİD-19-u yalnız simptomlarla ayırmaq mümkün deyil. Boğaz ağrısı, quru öskürək kimi simptomlar hər ikisində ümumidir. Yeganə fərq, əslində ishalın olmasıdır. Xüsusilə dadbilmə və iybilmə itibsə varsa, COVİD-19 olma riski yüksəkdir". /publika.az/