Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə dəhşətli xəstəlik daha bir can aldı

  • 2024.07.05 14:44
  • 1119 Baxış
Türkiyədə dəhşətli xəstəlik  daha bir can aldı
Türkiyənin Giresun vilayətində Krım-Konqo Qanamalı Qızdırması (KKKA) şübhəsi ilə müalicə olunan daha bir nəfər dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, H.G adlı şəxs (48 yaş) gənə sancması səbəbilə sonra iyunun 30-da Alucra Dövlət Xəstəxanasına müraciət edib. O, həmin gün Giresun Universiteti Təhsil və Araşdırma Xəstəxanasına köçürülüb.

Müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Beləliklə, Giresunda bu xəstəlikdən həyatını itirənlərin sayı 2-yə yüksəlib.

Bir nəfərin isə hələ də xəstəxanada müalicəsi davam etdirilir.

Qeyd olunub ki, Giresunda KKKA-ya ümumi yoluxma sayı 17-dir.


Aysel