Son sutka ərzində Türkiyədə daha 24 nəfər koronavirusdan ölüb.
Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında bildirib.
Məlumatda bildirilir ki, bununla da pandemiya qurbanlarının ümumi sayı 4 609 nəfərə çatıb.
Bu gün Türkiyədə həmçinin 867 yoluxma qeydə alınıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 166 422 nəfərə çatıb.