Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə daha 1293 nəfər koronavirusa yoluxdu

  • 2020.06.30 21:50
  • 6506 Baxış
Türkiyədə daha 1293 nəfər koronavirusa yoluxdu

Türkiyədə son sutka ərzində 16 nəfər koronavirus infeksiyasından dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, 1293 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5131, virusa yoluxanlar isə 199 min 906 nəfərə çatıb.

Türkiyədə indiyədək 173 min 111 xəstə sağalaraq evə buraxılıb.