Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) ölüm sayı 63 nəfər olub.
Medicina.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 213 297 nəfər test edilib, onların 5091-nin koronavirus testi pozitiv nəticə verib. Bu gün koronaviruslu ağır xəstələrin sayı 813 nəfər olub.
Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 49 185 nəfər dünyasını dəyişib.
Türkiyədə indiyədək 5 370 299 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 232 638 nəfəri müalicə olunaraq evə buraxılıb.