Türkiyənin Şırnak şəhərinin İdil rayonunda dabaq xəstəliyi aşkarlanıb.
Medicina.az xəbər verir ki, bu barədə İdil Rayon Kənd Təsərrüfatı və Meşə Müdirliyinin sosial media hesabında məlumat paylaşılıb.
Bildirilib ki, xəstəlik rayonun Yüksekköy kəndində qeydə alınıb.
Məlumata görə, xəstəlik səbəbilə 2 ay müddətinə heyvanların kəndə giriş-çıxışına qadağa qoyulub.
“9 sentyabr 2024-cü il tarixinədək kəsim məqsədləri istisna olmaqla, iribuynuzlu mal-qara və qoyunların rayona giriş-çıxışı qadağandır”, - deyə bildirilib.
Qeyd edilib ki, qadağaya əməl etməyən heyvan sahibləri cinayət məsuliyyətinə cəlb olunacaq.
Aysel