Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə bir gündə koronavirusdan 59 nəfər öldü

  • 2020.05.05 20:41
  • 2907 Baxış
Türkiyədə bir gündə koronavirusdan 59 nəfər öldü
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 59 nəfər ölüb.

Medicina.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. Nazir qeyd edib ki, son 24 saatda 33283 şübhəli koronavirus testindən keçib, onlardan 1832-nin cavabı pozitiv çıxıb.


Türkiyədə yeni növ koronavirusdan indiyədək 3520 nəfər ölüb, 129491 nəfər bu infeksiyaya yoluxub, 73285 nəfəri isə müalicə olunub. Bu gün 5119 xəstə evə buraxılıb.