Türkiyədə bu gün daha 75 nəfər koronavirusdan dünyasını dəyişib.
Medicina.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində yazıb.
Bununla da Türkiyədə Covid-19-dan ölənlərin sayı 649-a çatıb. 30 min 217 nəfər isə virusa yoluxub. Sağalanların sayı 284 nəfərdir.