Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə aşkarlanan "quş qripi" Azərbaycana keçə bilər?..

  • 2018.01.15 14:34
  • 11138 Baxış
Türkiyədə aşkarlanan "quş qripi" Azərbaycana keçə bilər?..
Türkiyə KİV-lərinin yaydığı məlumata görə, ölkənin Mardin vilayətinin Boğaziyyə kəndində "quş qripi" aşkarlanıb.


Medicina.az xəbər verir ki, qonşu ölkədə aşkarlanan virusun Azərbaycan üçün təhlükəsilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Modern.az-a açıqlama verib. Y.Xanvəli deyib ki, bu məlumat rəsmi olaraq təsdiqlənməyib:


"Mardin vilayətinin Boğaziyyə kəndində "quş qripi" aşkarlandığına dair məlumat yayılıb. Amma Ümumdünya Dünya Heyvan Sağlamlıq Təşkilatı və rəsmi Türkiyə tərəfindən bizə hər hansı məlumat daxil olmayıb”.


Onun sözlərinə görə, rəsmi məlumatın olub-olmamasından asılı olmayaraq, KİV-lərdə yayılan məlumatlar qurumun diqqətindədir:


"Xüsusilə bildirim ki, qeyd olunan bölgədən ölkəmizə diri quş və quş əti gətirilmir. Hazırda "quş qripi” və digər yoluxucu xəstəliklərə görə Azərbaycanda ekzotik vəziyyət sabitdir. Sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti aidiyyatı qurumlarla birgə lazımi tədbirləri həyata keçirir”.