“Azərbaycanda kifayət qədər süni qiymət artımı var”.
"Medicina" xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov bildirib.
“Biz nə qədər maaşları, pensiyaları artırsaq da, inflyasiyanın qarşısını ala bilməyəcəyik. Deyirik ki, orta əməkhaqqı artırılacaq. Hamı bu məvacibi ala bilmir.
Azərbaycanda digər ölkələrlə müqayisədə dərman qiymətləri çox yüksəkdir, bu süni qiymət artımının qarşısını almaq lazımdır. Mən dərmanları Türkiyədən alıram, bizimlə müqayisədə qiymətində səkkiz dəfə fərq var”.