Türkiyənin Bursa vilayətində toy şənliklərində iştirak edən 42 nəfər koronavirusa yoluxub.
Medicina.az xəbər verir ki, bu barədə Bursa Şəhər Səhiyyə İdarəsinin rəhbəri Ömər Kaşıkcı bildirib.
Onun sözlərinə görə, toy mərasiminə gedən 150 nəfər iqabaqlayıcı tədbirlər çərçivəsində karantinə alınıb.
Virusun son iki həftə ərzində keçirilən üç toyda iştirak edən beş nəfər tərəfindən yaydığı ehtimal edilir.