Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə 236 nəfər sudan zəhərləndi

  • 2024.07.10 12:30
  • 833 Baxış
Türkiyədə 236 nəfər sudan zəhərləndi
Türkiyənin Hatay vilayətində 236 nəfər qarın ağrısı və ishal şikayətləri ilə xəstəxanaya müraciət edib.

Medicina.az xəbər verir ki, Arsuz rayonunun 3 məhəlləsindən - Tatarlı, Işıklı ve Konacıkdan olan həmin şəxslərin sudan zəhərləndikləri ehtimal edilir.

Belə ki, ötən gün onların dağdan çıxan suyu içdikləri məlum olub.

Müalicəsi başa çatan şəxslər evə buraxılıblar, 4 nəfərin (iki hamilə qadın və iki uşaq) isə Arsuz Dövlət Xəstəxanasında müalicəsi davam etdirilir.

Səlahiyyətlilərin tapşırığına əsasən, artıq həmin sudan nümunələr götürülüb. İnsanları nəyin xəstəxanalıq etdiyini tapmaq üçün araşdırmalar aparılır.


Aysel