Türkiyədə gün ərzində daha 19 nəfər koronavirusdan həyatını itirib.
Medicina.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.
Qardaş ölkədə pandemiya qurbanlarının ümumi sayı 5 min 260-a çatıb.
Bundan əlavə, son 24 saatda 1053 yeni yoluxma faktı qeydə alınıb. Türkiyədə indiyədək 207 min 897 nəfər koronavirusa yoluxub.