Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türkiyədə 100 işçi qidadan zəhərləndi

  • 2024.07.11 13:16
  • 741 Baxış
Türkiyədə 100 işçi  qidadan zəhərləndi
Türkiyədə kütləvi zəhərlənmə olub.


Medicina.az xəbər verir ki, Aydın-Dənizli avtomobil yolunun tikintisi davam edən Kuyucak-Aydın xəttində işləyən fəhlələrdən bəziləri gecə saatlarında ürək bulanması şikayəti ilə xəstəxanaya müraciət ediblər.

Oxşar şikayətlər səhər saatlarında digər işçilər arasında da müşahidə olunub. Şəxsi avtomobili və ya təcili yardım maşını ilə xəstəxanalara müraciət edən 100 işçiyə tibbi yardım göstərilib.

İşçilərin əksəriyyəti müalicədən sonra evə buraxılıb.

Kənd Təsərrüfatı və Meşə İl Müdirliyi qrupları, inşaat sahəsində çalışan işçilərin yediyi yeməklərdən nümunə götürüb.

Aygün
BakuPost