Türkiyə Rusiyanın “Sputnik V” koronavirus vaksininin istehsalını təşkil etmək niyyətindədir.
Bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, həmin məsələ hər iki ölkənin səhiyyə nazirləri Mixail Muraşko və Fəxrəddin Koca arasındakı görüş zamanı müzakirə olunub.
Türkiyəli nazir toksikoloji tədqiqatların keçirilməsindən sonra vaksinin Türkiyənin əczaçılıq müəssisələri tərəfindən istehsal olunmasına maraq göstərdiklərini deyib.
Qeyd edək ki, “Sputnik V” vaksini Rusiyada avqust ayında qeydiyyata alınıb