Türkiyə Çindən 1 milyon qutu “Hidrochlorokin” preparatı alıb.
Türkiyənin Səhiyyə naziri Fahrettin Koca sosial media hesabında yazıb.
Nazir bildirib ki, heç bir ölkə pozitiv və ya şübhəli bütün faktlarda bu dərmanı erkən mərhələdə istifadə etməyib. Koronavirusun müalicəsində istifadə olunan “Favipiravir” preparatından isə heç bir ölkə Türkiyənin tətbiq etdiyi metodla yararlanmır.
Nazir qeyd edib ki, hərəkəti azaldıb, izolyasiyanı çoxaltmaqla tez bir zamanda normal həyata geri qayıtmaq mümkün olacaq.