Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türk qəhvəsi içməyin yeni üsulu – Faydaları təəccübləndirir

  • 2024.06.11 18:58
  • 932 Baxış
Türk qəhvəsi içməyin yeni üsulu –  Faydaları təəccübləndirir
Türk qəhvəsi bir çox insan tərəfindən tez-tez istehlak edilən içkilərdən biridir. Qədərində içildikdə bir çox fayda verən türk qəhvəsi həddən artıq içildikdə isə əks təsirlər göstərə bilir.

Mütəxəssislər qəhvəyə 2-3 damcı limon şirəsi əlavə etməyin onun faydalı təsirlərini daha da artırdığını, əks təsirlərini isə azlatdığını bildirirlər.

Medicina.az xəbər verir ki, türk qəhvəsi bu şəkildə istehlak edildikdə orqanizmi bir çox fərqli faydalarla da təmin edir.

- Türk qəhvəsinə 2-3 damcı limon şirəsi əlavə etmək şiddətli baş ağrıları və xroniki ağrılara qarşı faydalı ola bilər.

- Türk qəhvəsi və limon şirəsi qarışığı maddələr mübadiləsini sürətləndirməyə kömək edir.

- Bu içki yağların yandırılmasını sürətləndirir.

- Həzm sisteminin düzgün işləməsinə kömək edir.

Allergik reaksiyaları olanlar və ya fərqli sağlamlıq problemlərindən əziyyət çəkənlərdə türk qəhvəsini bu cür içmək problemlər yarada bilər.


Aysel