Bügun sizə nəfis ramazan menyusu təqdim edəcəyik.
Medicina.az-ın təqdim etdiyi bu mükəmməl reseptləri hazırlamaq sadəcə yarım saat vaxtınızı alacaq.
Türkiyə mətbəxinin dadalı təamlarından olan "qarnıyarıq” hazırlamağın qaydasına baxaq.
Adından da göründüyü kimi badımcanların qarnını yarıb onları pomidor, bibər, göyərti və sarımsaqla qarışdırılmış ət içliyi ilə doldururuq.
Bu yemək bizim badımcan dolmasını xatırladır, amma içliyi və hazırlanma qaydası bir az fərqlidir.
Quzu ətli qarnıyarıq
İçlik:
• 2 badımcan
• 200 qram quzu ətindən quşbaşı
• 2 yemək qaşığı kərə yağı
• 2 yemək qaşığı zeytun yağı
• 1 ədəd qırmızı soğan
• 2 diş sarımsaq
• 1 ədəd şirin bibər
• 1 yemək qaşığı tomat
• 1 yemək qaşığı bibər pastası
• 12 stəkan su
• 12 doğranmış pamidor
• Təzə nanə
• Təzə cəfəri
• Üyüdülmüş qara istiot
• 14 çay qaşığı darçın
• Duz
Üstü üçün (zövqə görə):
Pomidor dilimləri
Balaca acı, yaxud şirin yaşıl bibər
Sousu üçün:
2 xörək qaşığı tomat pastasını yarım stəkandan bir az çox suda həll edin.
HAZIRLANMA QAYDASI: Badımcanları yuyub qulplarını kəsin (əgər qulpları təmiz və qəşəngdirsə onları saxlaya da bilərsiniz). Badımcanları elə soyun ki, üstündə qalın qara zolaqlar qalsın. Sobanı 200 dərəcəyə qədər qızdırın. İri bir list götürüb içinə perqament kağızı döşəyin. Badımcanları perqament kağızın üzərinə düzüb, fırçayla hər tərəfinə zeytun yağı çəkin. Badımcanları sobanın orta gözündə tam yumşaq olana qədər, təxminən 30 dəqiqə bişirin. Diqqətli olun, çünki badımcanlar əzilib püreyə dönməməli, öz gözəl formalarını saxlamalıdır (içi doldurulandan sonra yenə bişəcək). Sobadan çıxarıb soyumaq üçün kənara qoyun.
Badımcanlar soyuyana qədər siz içliyi düzəldin. Orta ölçülü tavada orta temperaturda yağı qızdırın. Əti əlavə edib, arabir qarışdıra-qarışdıra, ayrılmış suyu buxarlanıb qurtarana, ət qızılı rəng alana qədər təxminən 10 dəqiqə bişirin. Soğanı əlavə edib, arabir qarışdıraraq, soğan yumşalana qədər, təxminən 5 dəqiqə bişirin. Yaşıl bibəri əlavə edib, iki-üç dəqiqə də bişirin. Pomidor və tomat pastasını əlavə edin. Bir neçə dəqiqə də bişirin. Sarımsaq, zövqə görə duz və istiot əlavə edib qarışdırın və dərhal odun üstündən götürün. Otaq temperaturuna qədər soyudub cəfəri əlavə edin və qarışdırın.
Badımcanların içini doldurun: İti bıçağın köməyilə hər badımcanı ortadan uzununa yarın. Yarıq ağ zolağın üstündə olmalıdır. Diqqətli olun ki, badımcanları tam kəsməyəsiniz, bu yalnız yarıq olmalıdır. Əgər istəsəniz, badımcanın toxumlarını çıxara bilərsiniz (əgər onların acılıq verəcəyindən narahatsınızsa), ya da olduğu kimi saxlayın. Hər badımcanı içliklə doldurun. İçi doldurulmuş badımcanları soba üçün olan iri şüşə qaba qoyun. Badımcanları bir-birinə çox sıx qoymayın. İstəsəniz, hər badımcanın üstünə bir dilim pomidor və balaca yaşıl bibər qoya bilərsiniz.
Badımcanları bişirin: Tomat pastalı sousunuzu badımcanları düzdüyünüz qaba tökün. Sobanın orta gözündə 190 dərəcə selsidə 20-25 dəqiqə, yaxud badımcanlar yumşalana və sous yüngülcə qatılaşana qədər bişirin. Əgər bişirmə müddətində sous çox tez buxarlanıb yoxa çıxsa, bir az da sous düzəldib qaba əlavə edin. Hazır yeməyin bir az sousu olmalıdır ki, yeməyi boşqaba çəkən zaman o sousdan qaşıqla götürüb boşqaba qoya biləsiniz.
Nuş olsun!