Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Türk bayrağı və səhiyyəsi Ukraynada: məşhur professor Kiyevdə uğura imza atdı - FOTO - VİDEO

  • 2021.10.19 18:18
  • 3983 Baxış
Türk bayrağı və səhiyyəsi Ukraynada: məşhur professor Kiyevdə  uğura imza atdı  - FOTO - VİDEO

Türkiyənin Başkent Universitetinin yaradıcısı və rəhbəri, dünyaca tanınmış transplantoloq professor dr. Mehmet Haberal komandası ilə birgə Ukraynaya səfər edib.

Medicina.az xəbər verir ki, Kiyevin ən qədim universitetlərindən biri, 1905-ci ildə yaradılan Boqomolets adına Milli Tibb Universitetində "Başkent"lə birgə “Ukrayna Türkiyə elmi simpoziumu” keçirilib.

Simpoziumda çıxış edən professor Mehmet Haberal Türkiyə səhiyyəsi və elmi tarixində qürurverici əməkdaşlığa imza atıb. O, Türkiyə bayrağını Kiyevdə ən yüksək zirvədə dalğalandırıb. 118 yaşı olan tarixi universitetdə iilk dəfə Başkent Universiteti beynəlxalq simpoziuma ortaq ev sahibliyi edib.


Simpoziumun əsas mövzusu, hədəfi transplantasiya, dəyərli qonağı isə professor dr. Mehmet Haberal olub.

Bu simpozium ilk dəfə 15 oktyabrda Ankarada başlayıb. Simpoziumun ilk günündə prof.dr Mehmet Haberal və cərrahi komandasının həyata keçirdiyi böyrək nəqli əməliyyatı Ukraynanın 46 bölgəsində və 7 ölkədə onlayn şəkildə izlənilib.
Bu təcrübə Ukrayna üçün bir ilk idi.

Daha sonra Ukrayna fəxri qonaq olaraq Mehmet Haberalı Kiyevə dəvət edib. Türkiyədə və bölgədə orqan nəqli barədə məlumatları kolleqaları və tibb universiteti tələbələrinə təqdim edən professor Ukraynanın orqan nəqli təşkili və tibbi, elmi əməkdaşlıq təklifinə “tamam” deyib.

Mehmet Haberal Universitetdə konfransın açılışını edib.

Həmçinin, Başkent Universitetinin Transplantasiya bilim dalı üzrə mütəxəssislər də elmi məruzələrlə çıxış etdilər.
Simpoziumu həm canlı, həm “Zoom” üzərindən 700 iştirakçı izləyib.

Mehmet Haberalı idealı olaraq görən tibb fakültəsi tələbələri onunla görüşdə suallar verib, xatirə fotoları çəkdiriblər.
Daha sonra Mehmet Haberal Kiyevdə Uşaq xəstəxanasını ziyarət edib. Professora uşaqların çəkdiyi rəsm hədiyyə edilib.

Simpoziumda daha bir önəmli müqavilə imzalanıb. Bu universitetlər arasında türk dilində təhsil üçün razılaşma idi.
Doktor Mehmet Haberal Ukraynanın orqan nəqli üzrə koordinatoru, millət vəkili Oksana Dmitriyevna ilə də görüşüb. Xanım millət vəkilinə Başkent Universiteti keramik atelyesində hazırlanan özəl hədiyyə təqdim olundu.


Uğurlu və məhsuldar keçən Ukrayna səfərindən geri qayıdan Haberal hava limanında müsahibəsində XXI əsrin transplantasiya əsri olduğunu və bir çox ölkələrə transplantasiyanın məhz Türkiyədən yol açdığını bildirdi.


Qaraciyər köçürülməsinin təşkili üçün dəstək istəyən Ukraynaya Mehmet Haberal tam dəstək göstərib. Və bu dəstək davam edəcək. Eyni zamanda, ölkədə ilk transplantasiya dərnəyinin qurulması üçün də ilk addımlar atılıb.


Kiyev səfərində Haberalı müşayiət edən Başkent Universiteti və Ankara xəstəxanasının komandası da simpoziumu olduqca məhsuldar və yüksək dəyərləndirdi.

Bununla da Ukrayna və Türkiyə səhiyyəsi arasında yeni bir yol, yeni iz açılmış oldu.