Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tüpürcək vəziləri xərçənginin erkən əlamətləri

  • 2024.03.28 15:43
  • 1410 Baxış
Tüpürcək vəziləri xərçənginin  erkən əlamətləri


Azərbaycanda son zamanlar yayılan onkoloji xəstəliklərdən biri də tüpürcək vəz şişləridir.


“Medicina” xəbər verir ki, tüpürcək vəziləri şişləri çox gec inkişaf edir və uzun aylar xəstədə heç bir əlamət vermir.


Pasiyentlər boyun, qulaq dibi, ağız içi, damaq, çənədə olan istənilən düyün, şişkinlik, bərkimə və yaradan dərhal şübhələnib, vaxtında həkimə getməlidir.


Bu növ şişlərdə çeynəmə, udma, danışma, ağızı geniş açanda disiomfort olur, sanki üzdə keyimə hiss olur, ara sıra çənə əzələ və sümükləri ağrıyır.

Ağız suyu vəzləri xərçənginin dəqiq səbəbləri tibbə məlum deyil.

Kimlərdə yarana bilər?

- Başın şüalanması
- Yaş faktoru
- Cinsiyyət
- Zərərli işlərdə çalışma
- Kimyəvi maddələrin qəbulu
- Xroniki iltihab
- Dişlərdə problem
- Travmalar, zədələr
- Siqaret
- Alkoqol və s.

Proqnoz elə də xoş deyil. Çünki yerləşməsi əməliyyatı çətinləşdirə bilər, eləcə də xəstəyə çox diskomfort yaradır.


İlkin mərhələdə aşkarlandıqda, 5 illik uaşam şansı 80% artır.
Bu xəstəliyə üz-çənə cərrahı, onkoloq baxır.


Aygün Musayeva