Bu gün əməkdar artist Tünzalə Əliyevanın 3 mərasimi baş tutub.
Artıq bir çox tanınmışlar onun qızına dəstək kompaniyası ilə bağlı fikirlər ürəli sürüb.
Ötən gün xalq artisti Afaq Bəşirqızı Zəhranın adına yardım üçün fond yaradılması təklifini irəli sürdü.
Əməkdar artist Dilarə Əliyeva Bakupost.az -a açıqlamasında bu ideyanı dəstəklədiyini bildirib.
“Afaq xanımın bu fikri təqdirəlayiqdir. Biz dünəndən Tünzalənin qızına necə dəstək olacağımız barədə düşünürük. Biz onun yaxınları, sənət ailəsi onun övladıyla bağlı nə lazımdırsa edəcəyik. Sadəcə bunu hansı şəkildə formalaşdırmaq, rəsmiləşdirmək barədə detalları danışmalıyıq. Yaramız təzədir, amma biz bunu düşünməliyik.
O, hələ çox körpədir. Allah atasına, doğmalarına can sağlığı versin. Amma Tünzalənin qızıyla bağlı arzularını gerçəkləşdirmək üçün dəstək vacibdir.
Çünki Tünzalənin ən böyük arzusu övladıyla bağlı idi. Bunun üçün əlimizdən nə gəlir edəcəyik”.