" Toppuş bacı" 50 kq arıqlayıb, tanınmaz hala düşdü – Aktrisa səhhəti barədə şayiələrə aydınlıq gətirdi - VİDEO
" Toppuş bacı" 50 kq arıqlayıb, tanınmaz hala düşdü – Aktrisa səhhəti barədə şayiələrə aydınlıq gətirdi - VİDEO
2019.01.25 15:34
45690 Baxış
1 il öncə ikinci dəfə mədə kiçiltmə əməliyyatı keçirmiş, ondan sonra isə uşaqlıq yolu xərçəngi ilə gündəmə gəlmiş Toppuş bacı kimi tanınan əməkdar aktrisa Tünzalə Əliyeva onu əməliyyat edən bariatrik cərrah Taryel Ömərovun müayinəsində olarkən səhhəti barədə gəzən şayiələrə də aydınlıq gətirib.
Medicina.az xəbər verir ki, aktrisa qeyd edib ki, artıq 75 kq-dır və 50 kq arıqlayıb. Özünü sağlam, gözəl, yaxşı hiss edir.
O, xərçəngin yaranmasında mədəkiçiltmənin ümumiyyətlə təsiri və rolu olmadığını dəfələrlə qeyd edib. Birinci mədəkiçiltmə əməliyyatını bir türk cərraha həvalə etsə də, heç bir nəticə görməmiş, arıqlamamışdı.
İkinci dəfə Taryel Ömərova üz tutmuş və bu əməliyyatdan sonra sürətlə arıqlayıb.
Sadəcə xərçəng probleminin də həmin ərəfədə üzə çıxması bir çox insanlarda doğru olmayan fikirlər yaradaraq şayiələrin yayılmasına səbəb oldu.
" Mən 5 il öncə xərçəngə tutulmuşdum. Bunu bütün həkimlərim dedi. Sadəcə bundan xəbərim olmayıb. Mədəmi 5 il ərzində 2 dəfə kiçiltmişəm. Ona görə mədəsini kiçiltmək istəyən xanımlara demək istəyirəm ki, qorxmayın.
Arzuladığınız çəkiyə çatmaq üçün Taryel həkimə müraciət edin. Çünki ondan başqa bu işi yüksək səviyyədə icra edən cərrah tanımıram. İndi mən sapsağlamam və illərdir arzuladığım formadayam, hər şey superdir”.