Tünd, qara, keyfiyyətli şokolad hətta təzyiq və diabet xəstələrinə belə məsləhət görülən, orqanizmə faydalı xüsusi qidadır.
Medicina.az qara şokoladın kimlərə faydalı olacağını, hansı xəstəliklərdə hətta müalicəvi təsir etdiyini təqdim edir.
Enerji artırır
Gərgin işdə, zehni yüklənmədə, günün sonunda enerji və güc azalmasında 20-30 qram tünd şokolad yeyin.
Yorğunluq, həvəssizlik, yuxululuq, apatiya zamanı da köməyə gəlir.
Energetik balansı tənzimləyir, əhvalı qaldırır.
Bu təsirə səbəb şokoladda olan maqniy, dəmir, kaliy olmasıdır. Südlü şokoladda bunlar azdır, amma qara şokoladda boldur.
- Tromblara qarşıdır
Şokolad qan dövranına da yaxşı təsir edir. Bu şokoladda flavonoidlər çoxdur.
Bu tam təbii maddədir, tromb və ateroskleroz – damar tıxanmasına qarşıdır, pis xolesterini qovur. Əzələ gərginliyini götürür, qanda kaliyi artırır. İnsult və infarkta qarşı da bu baxımdan təsirlidir.
- Böyrəklər üçün lazımdır
Sidik yolları infeksiyaları, bakteriyalarından və böyrək xəstəliklərindən əziyyət çəkənlər heç olmasa gündə bir dilim tünd qara şokolad yeməlidir.
O, yüngül sidik qovucu və təmizləyicidir. Böyrək damarlarına da yaxşı təsir edir.
- Beyin üçün
Beynin yaxşı işləməsi üçün və stimulə edici təsir edir. Kaliy, maqniy, dəmir, şəkərlə beyini təmin edir. Yaddaş, düşüncə, diqqət üçün gündə 1 dilim şokolad bəs edir.
Tələbə, müəllim, şagird, bank işçilərinə çox vacibdir. İmtahan öncəsi şokolad yeyin.