Çukurova Universitetinin əməkdaşı Sedat Gündoğdu Türkiyə bazarından 7 istehsalçıya məxsus 33 fərqli tuna balığı markası üzərində apardıqları araşdırmada bütün nümunələrdə ən az bir mikroplastik hissəcik tapdıqlarını açıqlayıb.
"Medicina" xəbər verir ki, alim işıq mikroskopunda tuna konservini incələyib. Nəticədə qablaşdırma və istehsal proseslərində mikroplastikin tunaya keçməsi aşkar olunub.
Tuna balıqlarında təsbit edilən plastik çirklənmənin daha çox qablaşdırmadan qaynaqlandığına diqqət çəkən S.Gündoğdu bildirib ki, qablaşdırma materiallarını ayrı-ayrılıqda təhlil etdiyimiz zaman gördük ki, tuna balığından çıxan mikroplastiklərin strukturu konserv qabının daxilinə çəkilən materialla eynidir.
"Plastik istehsalı zamanı istifadə edilən kimyəvi maddələr bu qablaşdırmalar sayəsində qida ilə təmasda ola bilər. Eynilə, dənizdən istehsal olunan emal olunmuş dəniz məhsullarında da dənizdən qaynaqlanan mikroplastik çirklənmənin olduğunu deyə bilərik. Burada əsas problem plastikin intensiv istehsalı və istifadəsi ilə bağlıdır”.
Qeyd edək ki, hazırda insan bədəni ciddi şəkildə mikroplastlarla dolur və hətta yeni doğulan körpələrdə də plastik zərrəcikləri aşkarlanıb.
Aygün M