Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tükənmə sindromunun İnteqrativ Tibb ilə müalicəsi

  • 2024.02.19 18:08
  • 1076 Baxış
Tükənmə sindromunun İnteqrativ Tibb ilə     müalicəsi
Müasir zəmanəmizin geniş yayılmış patoloji sindromlarından biri tükənmə sindromudur. Pasiyenti bütövlükdə- həm fiziki, həm psixi, həm də ruhi səviyyədə zədələyən bu patoloji sindromun klassik təbabətlə müalicəsi birmənalı nəticə vermir. Bioloji təbabətlə müalicə üsullarının tətbiqi (biotənzimləyici preparatlar, ortomolekulyar vasitələr…) tükənmə sindromunun səbəb və nəticələri ilə effektiv mübarizə aparmağa imkan verir. Terminin özünü (“burn out”) təbabətə amerikalı psixoanalitik Herbert Froydenberger gətirmişdir.



"Medicina" xəbər verir ki, sindromun yaranmasında əsas rolu uzunmüddətli və həllini tapmamış streslər oynayır. Sindromun artıq bir ciddi problemə çevilməsi və ağır fəsadlar yaratması ilə əlaqədar ÜST stresi XXİ-ci əsrin əsas problemlərindən hesab edir. Sindromun digər psixoloji səbəblərinə insana qarşı şox yüksək tələblərin qoyulmasını, daimi təzyiqi və artıq dərəcədə rəqabətli mühiti aid etmək olar. Bu faktorlar pasiyentin istirahət və fasiləsiz işləməsinə, özünü bütövlükdə bu fəaliyyətə həsr etməsinə səbəb olur; onlar hətta evdədə dincəlmədən aktiv işləməyə davam edirlər.


Gördüyü işin müqabilində lazımi dəyər və qiyməti almadıqda isə özünəinam azalır, daxili balans pozulur və psixoloji kriz qaçılmaz olur. Tükənmə s-na meyilli pasiyentlər sırasına bir neçə qrup ixtisas sahiblərini aid etmək olar. İlk növbədə bura müxtəlif ixtisaslı həkimlər, müəllimlər, menecer və şirkət rəhbərləri, sürücü, pilot və maşinistlər, həmçinin elektronika və informatika üzrə mütəxəssislər aiddir.

Bu pasiyentlər müntəzəm olaraq başqa insanların taleyi ilə əlaqəli vacib qərarlar qəbul etməli olduqlarından daim gərginlik və narahatlıq keçirirlər. Tükənmə sindromu öz inkişafında 7 əsas fazadan keçir. Patoloji prosesin hər fazası müəyyən əlamət və simptomlarla xarakterizə olunur.

Birinci fazada pasiyentlər çox yüksək aktivlik və güclü iradə nümayiş etdirir: onlar ən çətin işin öhdəsindən asanlıqla gəlir.

İkinci fazada pasiyent lazımi qiymət almadığına görə işdən bir qədər soyuyur, özünə qapanır. İş qabiliyyəti və işə olan həvəsi azalır.

Üçüncü fazada işə olan həvəs tam tükənir və 2 tip reaksiya müşahidə oluna bilər: derpessiv (özünəqapanma, özünü günahlandırma), yaxud aqressiv (bütün günahı ətrafdakılarda görür, hər qıcığa qəzəblə reaksiya verir). Bu məqamadək sindromun inkişafı ətrafdakılar üçün nisbətən gizli keçir.

Dördüncü fazadan başlayaraq psixoloji durum və iş qabiliyyətində olan dəyişikliklər artıq qabarıq şəkildə özünü büruzə verir.

Beşinci fazada ətraf mühit onun üçün bütün əhəmiyyətini itirir, psixi simptomlara fiziki (somatic) simptomlar əlavə olunur: yuxusuzluq, güclü baş ağrıları, bütün bədəni əhatə edən naməlum mənşəli ağrılar, residivləşən infeksiyalar, mədə- bağırsaq şikayətləri.

Altıncı fazada fiziki simptomlar ön plana keçir, sadalanan əlamətlərə ürək—damar sistemi tərəfindən simptomlar əlavə olunur, metabolik pozulmalar yaranır.

Yeddinci faza tam ümidsizlik, depressiya, yalqızlıq və ətraf mühitdən təcrid ilə xarakterizə olunur; suisidal fikirlər baş qaldıra bilər. Müalicə tədbirləri fazadan asılı olaraq müxtəlif aspektləri əhatə edir. İlk növbədə pasiyent həyat tərzinin dəyişməsinə, özünə və ailəsinə daha çox vaxt ayırmasına motivasiya olunmalıdır.


Başlanğıc fazalarda terapiyanın bazis preparatı Valerianaheel-dir (narahatlıq, yuxusuzluq..). Sindrom zamanı orqanizm bütövlükdə zədələndiyindən vitamin və mikroelementlərlə əvəzləyici terapiya aparılmalıdır (vit. B6, B12, C, D), sərbəst radikalların yüksək səviyyəsini dəf etmək üçün Se və Zn kimi antioksidantlardan, yüksəkdozalı vit C-dən istifadə olunmalıdır.

Kədər, özünəqapanma, depressiya qabarıq şəkildə özünü büruzə verdikdə (dördüncü faza) Nervoheel preparatının istifadəsi məqsədəuyğundur. Son illər sübut olunmuşdur ki, artıq sindromun erkən fazalarında mitoxondrilərdə müşahidə olunan disfunksiya (azot oksidin və onun mübadilə məhsullarının artıqlığı nəticəsində yaranmış nitrostress) enerji qıtlığına səbəb olur.


Energetik balansın bərpası üçün antihomotoksik preparatlar - biokatalizatorlar olan Coenzyme compositum və Ubichinon compozitum məsləhət görülür—hərəsindən bir ampul bir şprisdə həftədə 2-3 dəfə.

İstənilən fazada müşahidə olunan ümumi asidozu qələviləşdirici qidaya keçməklə (əsasən tərəvəzlər) və qələvi qarışıq olan “Alkala N” preparatının qəbulu ilə aradan qaldırmaq olar -1 ölçü qaş. toz isti suda həll olunaraq yeməkdən 2 saat əvvəl içilir.

İnteqrativ təbabətlə, onun üsul və preparatları ilə zamanında aparılmış müalicə yaxşı terapevtik effekt verir. Bu terapiya həm də aqressiv kimyəvi preparatların tətbiqindən, onların fəsadlarından qaçmağa imkan verir.


Ünvan:3 mkr., Pişəvari küç.,110 (keçmiş Cavadxan, 24 --Əcəmi m. st. yaxınlığı)-Bioloji Təbabət klinikası

Tel:(012)(055)(050)(070) 430 89 89;

www.btk.az