Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tualetə gedişlərin sayı artırsa ürəkdən şübhələnin

  • 2022.09.14 15:08
  • 2107 Baxış
Tualetə gedişlərin sayı artırsa ürəkdən şübhələnin


Alimlər gündəlik bağırsaq hərəkətliliyinin artmasının və tualetə gedişlərin çoxalmasının ürək tutması və problemi ilə əlaqəli olduğunu sübut edib.


"Medicina" xəbər verir ki, insan gündəlik həyatında baş verən dəyişikliklərə diqqətli olsa, öncədən infarktdan şübhələnmək olar.

Bağırsaqların fəaliyyətində pozulma birbaşa ürək fəlakətinin yaxınlaşdığını göstərir.

Alimlər Çinin nəhəng 487 min nəfərlik biobankının məlumatlarından istifadə ediblər.


30-79 yaş arası heç bir ciddi xəstəliyi olmayan insanlar üzərində 10 il müşahidələr aparılıb.


Nəticələr göstərib ki, gündə 2-3 dəfə tualetə gedən insanlarda ürəyin işemik xəstəlik təhlükəsi gündə 1 dəfə gedənlərdən daha çoxdur.
Eyni zamanda qəbizlik, həftədə 3 dəfə və daha az tualetə getmək də ürəyin iri damarlarının tutulmasının, işemik insult, infarkt, böyrək çatışmazlığının göstəricisi və ya əlaməti ola bilər.

Ona görə həkimlər və xəstələr defekasiya aktının tezliyinə mütləq fikir verməli, bu barədə həkimə məlumat verməlidir.

Ürək çatışmazlığı olan insanlar sidiyi də saxlaya bilmir.

Aygün Musayeva