İnsan tualetə gedəndə bəzi əlamətlərə və unitaza diqqət yetirməlidir. Çünki məhz tualetdəki dəyişikliklərdən onkoloji prosesdən şübhələnmək olar.
“Medicina” xəbər verir ki, onkoloq andrey Vorobyev sidik ifrazı zamanı 3 əlamətə diqqət çəkib.
“Hər 8 kişidən birində 50 yaşdan sonra ömrünün sonuna kimi prostat xərçənginə tutulur. Digər xərçəng növlərində olduğu kimi, əsas siqnalları vaxtında tutduqda, sağalmaq şansı var.
Sidik ifrazı bu xəstəlikdə açar əlamətdir. Kişilər bu prosesdə 3 əlamətə diqqət etməlidir:
- Sidiyə getmə əvvəlki aylara nisbətən artım var, xüsusən gecələr 3-4 dəfə tualetə gedirsiz
- Sidiyə nəzarəti itirmək – qeyri-ixtiyari gəlir və ya başlamaq çətinləşir
- Sidik zamanı ağrı, göynəmə
Sidikdə qan artıq 90% hallarda prostat xərçənginin əlamətidir.
Bunlarla yanaşı, cinsi əlaqə və eakulyasiyada ağrı hiss edilir.
Xəstələr PSA qan testi, sidik analizi və USM-dən keçməlidir”.
Aygün Musayeva