Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tualetdəki bakteriyalar salfetkadan yayılmağa başlayır - Mütəxəssis səhvlərimizdən danışdı

  • 2017.11.06 16:26
  • 16889 Baxış
Tualetdəki bakteriyalar salfetkadan yayılmağa başlayır -  Mütəxəssis səhvlərimizdən danışdı
Bir çoxları tualetə daxil olan zaman oturacağa tualet kağızları sərirlər. Onlar bununla mikroblardan qorunacaqlarını düşünürlər. 

 

Medicina.az xəbər verir ki, aparılan araşdırmalar zamanı məlum olub ki, oturacaqların üstü bakteriyanı götürməyəcək şəkildə hazırlanır. Ancaq bu, oturacaqların üzərində bakteriyanın olmadığı anlamına gəlməməlidir.


Yoluxucu xəstəliklər üzrə mütəxəssis Filip Tiernonun sözlərinə görə, insan dərisinin bakteriyalara qarşı qoruyucu təbəqəsi mövcuddur

.

"Ancaq insanlar ümumi tualetə daxil olduğu zaman ilk olaraq sifonu çəkir, daha sonra oturacağın üzərinə tualet kağızını yerləşdirdiyi zaman təhlükə başlayır. Sifonla birlikdə tualetdəki bakteriyalar da ortama yayılmağa başlayır.


Xəstəliklərin yayılmasının əsas səbəbi isə əllərimizdir. Tualetə kağızları qoyduğumuz zaman, əllər mikroblarla təmas edir, bu da xəstəliklərə yoluxmaq riskini daha artırır”, - deyə mütəxəssis vurğulayıb.


Bu səbəbdən əllər  20 saniyə sabunla ovaladıqdan sonra yaxşıca yuyulmalıdır.

 

Tualetdəki bakteriyalar salfetkadan yayılmağa başlayır -  Mütəxəssis səhvlərimizdən danışdı