Tualetdə anus hissənin gigiyenasının düzgün olmaması proktoloji xəstəliklərin səbəbidir, bu nahiyədə problemlər isə çox vaxt tualet kağızından aşırı istifadədən qaynaqlanır.
“Medicina” xəbər verir ki, onkoloq, proktoloq Dmitriy Maslennikov tualet kağızından istifadənin azaldılmasını tövsiyə edib.
“İş ondadır ki, kağız anal zonanın defekasiyadan sonra tam təmizlənməsini təmin etmir. Nəticədə dəridə və anusda kirlənmə qalır və bakteriyalar çoxalır.
Bu da iltihabi bakterial prosesləri artırır. Xüsusən indi satışda olan kobud, keyfiyyətsiz, ucuz kağızlar dəridə mikroyarıqlar, zədələr, cızıqlar açır. Bu da əlavə olaraq infeksion prosesləri inkişaf etdirir.
Anal çatlar da məhz kobud, ucuz tualet kağızlarının təsirindən yarana bilir. Anal çatlar sonradan xronikləşir, hətta xərçəngə zəmin yarada bilər.
Tualet kağızlarının hazırlandığı material da təhlükəsiz deyil. Onda olan PFAS özü kanserogendir, allerfik reaksiya verən maddələr və ətir, kimyəvi rəngləyicilərlə zəngindir.
Tualetdə salfet, kağız əvəzinə bide vasitəsilə suyala yuyunma və ya adi duş ən yaxşı gigiyenik vasitədir.
Əgər salfet istəyirsizsə, nəm tualet və ya intim salfetlər seçin, onlar zərifdir, dəri və qişaları zədələmir”.
Aygün Musayeva