Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tualet kağızı istifadə etmək tibbə ziddir – ZƏRƏRİ

  • 2019.10.12 21:04
  • 19690 Baxış
Tualet kağızı istifadə etmək tibbə ziddir –  ZƏRƏRİ
Rusiyanın populyar tibbi verilişi olan "Jit zdorovo” verilişində Yelena Malışeva müasir insanların tualet kağızı ilə səhhətlərinə necə ziyan verməsi barədə mövzu açıb.


Medicina.az xəbər verir ki, intim gigiyena baxımından, eləcə də insanın tualetdə gigiyenası üçün satılan tualet salfetləri tibbi baxımdan uyğun deyil, savadsızcasınadır. Ümumiyyətlə, istər anus dəliyi, istər vagina üçün ən pis vasitədir. 


İmmunoloq Andrey Produs da bildirib ki, tualet kağızı, xüsusən keyfiyyətsiz olanı dərini və selikli qışanı cızır, sonra orda göbələk və infeksiya ocağı yaranır. Xüsusən hemorroyu olanlar, qadınlar tualet kağızından istifadə etməməlidir. 


Ən yaxşı tualet gigiyenası tibbi baxımdan ilıq su ilə yuyunmaqdır.


Su qadınlarda sistitin də riskini dəfələrlə azaldır. Eləcə də ictimai tualetlərdə üstü açıq olan kağızı çəkib istifadə etmək təhlükəlidir.