Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Trombun əlamətləri bədəndə harda görünür?

  • 2023.11.22 17:59
  • 1693 Baxış
Trombun əlamətləri bədəndə harda görünür?

Dərin vena trombozu ayaqlarda 3 hissədə özünü göstərir.


“Medicina” xəbər verir ki, kardioloq Oleq Varfolomeev trombun bədəndə əsas 3 hissədə yerləşdiyini bildirib.


“Geləbənzər bu tıxaclar qan dövranı ilə ağciyərlərə düşərək, əsas damarları tutub, emboliyaya səbəb ola bilər.

Tromboz adətən, bud və ayaqda iri venada olur. Burda da ilk simptomları göstərir.

Eləcə də bu 3 nahiyə skan olunmalıdır:

- Baldır
- Budun yuxarısı
- Pəncənin üstü

Klassik tromboz zamanı bu nahiyələrdə küt ağrı olur. Eləcə də pəncədə şişkinlik yaranır. Ağır hallarda ödem və qızartı buda kimi yayıla bilər. Ağrı çox güclü olmadığı üçün xəstələr buna fikir vermir.

Xüsusi əlamət bir ayağın, pəncənin digərinə nisbətən daha çox şişməsidir.

Varikoz genişlənməsi olan xəstələr daha diqqətli olub, ildə 1 dəfə ayaqları dopler etdirməlidir.
Əgər ayaqda qızartı, qırmızı venoz genişlənmə görsəniz, həkimə tez müraciət edin.

D –Dimmer analizi isə kimlərin risk altında olduğunu göstərə bilər.

Varikozu olan xəstələr mütləq rəsmi diaqnoz və müalicə almalıdırlar ki, gələcəkdə tromboz riski azalsın və ağırlaşma olmasın.

Aygün