Tromboz riski olan insanlar özlərini çox şeylərdən qorumalıdır.
“Medicina” xəbər verir ki, həkim Qinzburq müasir qidaların tromboza səbəb olduğunu açıqlayıb.
“Faydalı bildiyimiz paxlalılar belə -noxud, lobya qanı qatılaşdıra bilər. Eləcə də şirniyyat, qazlı içkilər, ağ çörək, qənnadı məmulatları, şirniyyat qanda qlükozanı kəskin qaldırdığı üçün qanı qatılaşdırır.
Paket şirələr, duzlu qidalar, alkoqol da sürətlə qanı qatılaşdırır.
Qan hər gün qatılaşarsa, tromb yaranır”
Aygün Musayeva