Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tromboflebit, infarkt, insultun qarşısını alan - Akademik Mikulinin metodu

  • 2018.07.10 15:58
  • 11478 Baxış
Tromboflebit, infarkt, insultun qarşısını alan -  Akademik Mikulinin metodu
Akademik Mikulinin hazırladığı bu kiçik hərəkətlər – dabanların qüvvə ilə yerə vurulması venoz damarlarda xüsusi yırğalanma yaradır. Bununla da qan dövranı yaxşılaşır, venalarda tıxanıqlıq açılır, təzyiq normaya düşür. Ayaqlardan başa kimi qan damarları titrədiyindən qan axınında dəyişim baş verir. Beynin fəaliyyəti yaxşılaşır, başda ağırlıq və ağrıdan əsər-əlamət qalmır. 

 

Medicina.az həmin vibrogimnastikanı təqdim edir.


Hərəkət üçün: düz dayanırsız, dabanlar birləşir, dişlər yüngülcə sıxılır. Dabanlar döşəmədən, yerdən 5 sm yuxarı qaldırılır. Barmaqlarınızın ucunda qalırsız. 4-5 dəqiqə saxlayıb, birdən, qəfildən, yüngül zərbə ilə döşəməyə vurursuz. Bu zaman venoz klapanlar əlavə güc alaraq, qanı yuxarı qovur. 

Hərəkət 30 dəfə təkrarlanır. Gündə 5 dəfə edin. 


Bədənin bu cür vibrasiyası tromboflebit, infarkt, insult kimi qan-damar pozğunluqlarının profilaktikası üçün əvəzsizdir. Oturaq işdə və ayaq üstə çox çalışanlar üçün vacibdir.