Hər gün süfrənizdə olan 2 qida damarlarda trombu daha çox yaradır.
“Medicina” xəbər verir ki, tibb elmləri namizədi Mark Qadzian duz və şəkərin trombu böyütdüyünü bildirib.
“Hətta duzqabıdan yeməyinizə azca səpdiyiniz duz da trombu böyüdür. İstifadə etdiyiniz qidalar, yarımfabrikatlar, konserv, çörək və yeməklərdə onsuz da yüksək doza duz var.
Gizli duz isə əlavə olunan qatqılarda, ədviyyatlarda, desertlərdə belə var.
Orqanizmdə duz çox olduqda, damarlarda tromb yaranır, təzyiq yüksəlir, testosteron azalır.
Digər zərərli qida şəkər, qənddir.
Şəkər çoxluğu insulin hasilinə təsir edir, insanın öz testosteronunu öldürür, qarında, beldə piylənmə olur.
Eləcə də duz kimi, qidalarda gizli şəkər də var. Yağsız məhsullarda belə şəkər var.
Bütün qidalara əlavə şirinləşdirici əlavələr qatılır.
Şəkər, duz və trans yağ yeyənlərin damarlarında tıxanma və tromb sürətlə olur.
Bunlar beyin üçün də öldürücü üçlükdür.
Hər üçünü azaldın və hətta imtina edin”.
Aygün Musayeva