Dünyada hər 4-cü insan tromb səbəbindən dünyasını dəyişir.
Ona görə insanlar dərin venaların trombozunun ilkin əlamətlərini bilməlidir.
“Medicina” xəbər verir ki, kardioloq Oleq Varfolomeyev geləbənzər, jele kimi qan tıxanaqlarının ayaqlarda əlamətlərini açıqlayıb:
“Uzun müddət oturaq və ya ayaqüstü çalışanlarda dərin vena trombozu çox olur. Onlar adətdən fərqli olaraq, oturarkən və ya ayaqüstə çox dayanarkən ayaqlarda ağrı və ya diskomfort hiss edərsə, bu artıq problemdən xəbər verir.
Ayaqlarda müəyyən hissədə qabarma, şişkinlik, qızarma, istilik, dərinin qırmızı rəng alması hiss olunursa, mütləq həkimə müraciət edin.
Eləcə də tromb olan ayaq digərindən böyük, şişkin görünə bilər. Tromb damardan qopub, qan dövranı ilə bədənin digər hissələrinə gedərsə, bu emboliyaya səbəb ola bilər”.
Aygün Musayeva