Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Transkranial mikropolyarizasiya - Nitq və əqli qüsurlu uşaqların müalicəsində əvəzsiz

  • 2019.08.03 18:47
  • 18378 Baxış
Transkranial mikropolyarizasiya -  Nitq və əqli qüsurlu uşaqların müalicəsində əvəzsiz
Son illər hamiləlik patologiyalarının, doğuş travmalarının, bətndaxili infeksiyaların artması, uşaqlarda müxtəlif hərəki və nitq pozulmalarının meydana çıxmasına səbəb olur. Bu patologiyalar arasında nitq inkişafının ləngimələri daha çox rast gəlinir. Statistikaya görə,  hər  4 uşaqdan birində nitq inkişafının ləngiməsi müşahidə olunur. Nitq inkişafının ləngiməsi əqli gerilik və ya pedaqoji hazırsızlıqla əlaqəli olmayan, nitq mərkəzlərinin ləng yetkinləşməsi nəticəsində meydana çıxan nevroloji problemdir. Normada uşaqlarda 3  yaşında tam formalaşmış nitq olmalıdır. 


Nitq mərkəzlərinin ləng yetkinləşməsi müşahidə olunan uşaqların intellektual inkişafı yaşına uyğun olsa belə, uşaqlarda öz yaşına uyğun nitq formalaşmır. Uşaq deyilənləri anlayır, lakin söz ehtiyatının azlığı və nitq mərkəzinin işinin qeyri yetkinliyi səbəbindən düzgün cümlə qura bilmir və daha çox jestlərdən istifadə edir. Mərkəzi sinir sisteminin funksional vəziyyətini qiymətləndirmək üçün uşağın hərəki, əqli, nitq, yaddaş, anlama, qavrama və s. bacarıqları müayinə olunmalıdır. Bir çox hallarda bu uşaqlarda instrumental müayinələr (MRT,EEQ, audiometriya) heç bir patologiya aşkarlaya bilmir.  


Normada beyin strukturlarının işinin tənzimlənməsi, koqnitiv funksiyalar, eləcə də normal formalaşmış nitq-beyin hüceyrələrinin, sinapsların, mediatorların məqsədyönlü tənzimlənmiş fəaliyyə-tinin nəticəsində mümkün olur.

 

Beyin toxumasının hər hansı bir hissəsinin zədələnməsi nəticəsində zədələnmə nahiyəsindəki hüceyrələr öz funksiya-sını yerinə yetirə bilmir, mediatorların sintezi pozulur, sinaptik əlaqələr zəifləyir. Bu da müxləlif yaşlarda özünü beyin strukturlarının işinin ləngiməsi kimi, xüsusilə də nitq inkişafının ləngiməsi ilə göstərir. Bu patologiyanın vaxtında aradan qaldırılmaması uşağın sosial davranış problemlərinə, pedaqoji hazırlığının enməsinə səbəb olur. 

 

Bu məqsədlə son illərdə əlavə təsirləri olmayan alternativ müalicə üsulu - transkranial mikropolyarizasıya metodu ilə müalicə öz əvəzsiz effektini göstərir. Transkranial mikropolyarizasıya metodu ilə müalicə Rusiya Elmlər Akademiyası N.P.Bexterev adına Sankt-Peterburq Beyin İnstitutu alimlərinin ixtirası olan mikropolyarizasıya cihazı ilə aparılır.


Mikropolyarizasıya metodu ilə müalicənin qeyri-invaziv, ağrısız olması onun istifadəsini asanlaşdırır. Bu üsul sinir hüceyrələrinə, hüceyrələrarası sinapslara kiçik amperli, daimi cərəyanın etdiyi təsirə əsaslanır. Müalicə zamanı elektrodlar patoloji prosesin yerləşməsindən asılı olaraq baş və onurğa beyninin müxtəlif nahiyələrinə qoyulur.


 ƏSAS GÖSTƏRİŞLƏR:


-  Nitq inkişafının ləngiməsi 

-  Əqli inkişafın ləngiməsi                                                                                                                           

-  Uşaq serebral iflici 

-  Hiperaktivlik və diqqətin yayınması 

-  Mərkəzi sinir sisteminin orqanik 

zədələnmələri 


-  Beyin-qan dövranı pozulmaları 

-  Kəllə-beyin travmalarının nəticələri 

-  Nevroz və nevrozabənzər hallar (depressiya, 

aqressivlik, qorxu, həyəcan, tiklər, kəkələmələr) 

-  Eşitmə və görmə funksiyalarının zəifləməsi

-  Skolioz


ƏKS GÖSTƏRİŞLƏR:         

                                                                                                

-  yüksək hərarət 

-  başın tüklü hissəsinin zədələri

-  beyin şişləri 


Proseduranın davam etmə müddəti  20-40 dəqiqədir 

Müalicənin təsiri proseduranın aparıldığı müddətdən başlayaraq 2-4 aya qədər  davam edir. Bir müalicə kursu 10-15 seans davam edir. 


Transkranial mikropolyarizasıya metodu ilə müalicədən sonra 80-85% uşaqlarda müsbət dinamika qeyd olunmuşdur. 

Beləliklə, ənənəvi üsulla aparılan müalicənin effektiv olmadığı hallarda belə transkranial mikropolyarizasıya metodu ilə müalicə uşaqların qısa müddət ərzində sosial adaptasiya, nitq və digər problemlərinin həllinə kömək edir.

 




BİOLOJİ TƏBABƏT KLİNİKASI

Bakı: 3 mkr., Pişəvəri küç. 110 (Cavadxan küç 24), M. Əcəmi m.st yaxınlığında

Tel: (012) / (050) (055) / (070) 430 89 89

www.btk.az

www.facebook.com/bioloji.tababat/

www.instagram.com/bioloji.tebabet/