ABŞ Prezidenti Donal Trampın koronavirusa yoluxmasından sonra Ağ Ev üzvlərinin test nəticələri pozitiv çıxmağa başlayıb.
Medicina.az xəbər verir ki, onlardan biri Trampın sözçüsü Keyli Makinenidir.
Ağ Evin rəsmi nümayəndəsi test nəticələrinin pozitiv çıxdığını, özünü sosial həyatdan təcrid etdiyini açıqlayıb.
Qeyd edək ki, Trampın məsləhətçisi Houp Hiksdə də COVID- 19 aşkarlanmışdı.