Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Trampı xüsusi kokteyllə sağaldıblar- Dünyada ilk

  • 2020.10.07 16:00
  • 2597 Baxış
Trampı xüsusi kokteyllə sağaldıblar - Dünyada ilk

Koronavirusa yoluxan ABŞ prezidenti Donald Trampın müalicəsində istifadəsinə icazə verilməyən dərmanlardan istifadə edilib.

Medicina.az xəbər verir ki, ölkə başçısının müalicəsində Regeneronun antikor kokteyli, remdesivir və deksametozon eyni anda istifadə edilib.

Koronavirus diaqnozu qoyulan və oktyabrın 2-sindən etibarən müalicə edilən Tramp, dünən gecə həkimlərin qərarından sonra xəstəxanadan çıxarılıb.

Şəxsi təyyarəsi ilə Ağ Evə aparılan dövlət başçısı sosial media hesabında "Xəstəlikdən qorxmayın. Özümü 20 il əvvəlkindən daha yaxşı hiss edirəm" şəklində açıqlama verib.

Qeyd edək ki, ABŞ əhalisi də daxil olmaqla ölümcül xəstəliyə yoluxan insanların bir çoxu istifadəsinə icazə verilmədiyi üçün sözügedən dərmanları əldə edə bilmir.