Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Trampı parodiya edən çempion ÖLÜMÜNƏ "QOL ÇƏKDİ"

  • 2017.12.23 10:15
  • 12602 Baxış
Trampı parodiya edən çempion  ÖLÜMÜNƏ "QOL ÇƏKDİ"
Belçikalı paralimpiya çempionu Marike Vervut evtanaziya etməyə hazırlaşır.


Medicina.az publika.az-a isinadən xəbər verir ki, atlet müalicəsi olmayan əzələ xəstəliyinə tutulduğu üçün bu yola əl atdığını deyib.


"The Daily Telegraph” qəzetinə açıqlama verən M.Vervut daha çox ağrı çəkmək istəmədiyini və evtanaziya üçün özünü hazır hiss etdiyini söyləyib.


Keçən il Rio Paralimpiya Oyunlarında gümüş medal qazanan atlet evtanaziya olmaq üçün hələ 2008-ci ildə lazımi sənədləri imzalayıb. Lakin həmin dövrdə ölməyə hazır olmayıb:


"İndi yaşamaq mənim üçün getdikcə çətinləşir. Hər keçən gün ağrılarım daha çox artır. Depressiyaya düşürəm. Əvvəllər heç vaxt belə hiss etməmişdim. Görmə qabiliyyətimi itirirəm. Bunun özəyi isə beynimdədir. Artıq vücudum özü qışqırmağa başlayır. İnsanların mənə yazığı gəlməsini istəmirəm”.


Belçikalı atlet açıqlamasında şampan şərabını çox sevdiyini, ABŞ prezidenti Donald Trampı parodiya edə bildiyini və "Labrador” cinsi iti ilə vaxtının xoş keçdiyini deyib.