“ABŞ Prezidenti Donald Trampda koronavirusa qarşı anticisimlər müəyyən edilib, hazırda COVID-19 simptomları daşımır”.
Medicina.az xəbər verir ki, “RİA Novosti”nin məlumatına görə, bu sözləri ABŞ prezidentinin həkimi Şon Konli deyib.
Xatırladaq ki, Donald Tramp oktyabrın 5-də müalicə olunduğu hospitaldan buraxılıb.
O, planlaşdırılan müalicə kursuna Ağ Evdə davam edəcək.