Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Prezidentin şəxsi həkiminə suallar“Trampda əqli geriləmə var?”

  • 2018.01.18 17:06
  • 22623 Baxış
 - Prezidentin şəxsi həkiminə suallar “Trampda əqli geriləmə var?”
ABŞ rəhbəri Donald Trampın həkimi mətbuata 71 yaşlı prezidentin səhhəti ilə bağlı açıqlama verib.


Medicina.az xəbər verir ki, onun şəxsi həkimi Roni Cekson Trampın sözəbaxan pasiyent olduğunu, hər gün aspirin qəbul etdiyini deyib: "Hazırda prezidentin çəkisi 108 kq, boyu isə 190 sm-dir. Nəbzi dəqiqədə 68 göstərir. Arterial təzyiqi 122/70-dir. Prezident sözəbaxan pasiyentdir, səhhəti əladır. Amma 4-6 kq çəki atmalıdır. Ona görə gündəlik idman hərəkətləri olmalıdır. Yuxu norması da azdır. Tramp hər gün aspirin qəbul edir, xolesterini nəzarətdə saxlayır. Uzun səfərlərdə yuxugətirici dərman atır. Daha çox saçlarının tökülməsinin qarşısını almağa çalışır”.


Həkimin sözlərinə görə, içki və siqaretlə arası olmayan Tramp hamburger və kolanı sevir, idmanla arası yoxdur. 


Jurnalistlər daha çox prezidentin psixoloji durumu ilə bağlı suallar veriblər. "Trampda yaşlanma ilə bağlı huşsuzluq və əqli geriləmə simptomları varmı” sualına həkim belə cavab verib: "Hər şey qaydasındadır. Prezident hər səhər dünənin stressini geridə qoyub, günə təmiz vərəqdən başlaya biləcək qədər güclü psixologiyaya malikdir. Prezident 10 dəqiqəlik diqqət, yaddaş və sürətli düşüncə testini də uğurla keçib. Trampın beynində heç bir funksiya pozğunluğu yoxdur və o, aydın, dəqiq düşünür”.


Aygün