Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tramp yenə COVID-19 testi verəcək - SƏBƏB

  • 2020.10.09 09:54
  • 2851 Baxış
Tramp yenə COVID-19 testi verəcək  - SƏBƏB

ABŞ prezidenti Donald Tramp bildirib ki, cümə günü koronavirus analizi vermək niyyətindədir.

Medicina.az xəbər verir ki, bu barədə o, “Fox News”a müsahibəsində bildirib.

Ağ Ev rəhbəri qeyd edib ki, bununla özünün əvvəlki kimi yoluxucu olub-olmadığını müəyyənləşdirmək istəyir.

"Test olacaq, ehtimal ki, sabah. Hər zaman test vermək üçün bir səbəb yoxdur”, - ABŞ prezidenti müsahibəsində deyib.

Daha əvvəl Trampın həkimi Şon Konli bildirib ki, Ağ Ev rəhbəri şənbə günü ictimai tədbirləri yenidən davam etdirə bilər, çünki bu, onun koronavirusa yoluxduğu 10-cu gün olacaq.

Qeyd edək ki, Tramp xəstəxanada üç gün keçirib və tibb müəssisəsindən bazar ertəsi çıxıb. ABŞ prezidentinin üç gün ərzində koronavirus infeksiyasından müalicəsi 100 min ABŞ dollarından çox başa gəlib.