ABŞ prezidenti Donald Trampdan koronavirusla bağlı götürülən analizlərin cavabı məlum olub.
Medicina.az xəbər verir ki, bu barədə məlumat Trampın həkimi Şon Konlinin memorandumunda yer alıb.
“Dünən axşam prezidentlə COVID-19 testini verməklə bağlı ətraflı danışdıqdan sonra o razı oldu. Bu axşam testin mənfi nəticə verdiyi barədə məlumat aldım”, - deyə Ağ Evin yaydığı bəyanatda bildirilib.