Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Tozlu hava şəraiti nə qədər davam edəcək?- NAZİRLİK AÇIQLADI

  • 2020.03.09 16:16
  • 5255 Baxış
Tozlu hava şəraiti nə qədər davam edəcək? - NAZİRLİK AÇIQLADI
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin Bakı və Abşeron yarımadasının atmosfer havasında apardıqları monitorinqlərinin nəticələrinə görə havada toz-duman müşahidə edilir.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Medicina.az-a verilən məlumata görə, tozun miqdarı sanitar normadan 3-4 dəfə çoxdur.

Tozlu hava şəraitinin mart ayının 11-i gündüz saatlarına kimi müşahidə olunacağı gözlənilir.

Mütəxəssislərin rəyinə görə, Abşeron yarımadasında toz-dumana səbəb, arabir güclənən cənub şərq küləyi nəticəsində tozun atmosferin yuxarı qatına qalxması və nisbi rütubətin yüksək olmasıdır.